Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib - FOTOLAR

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib - FOTOLAR

Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda tədbir keçirilib.

 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını və xalqımızı bayram münasibətilə təbrik edib.

 

Yüksək səviyyəli tədbirdə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının geniş tərkibli nümayəndə heyəti həmçinin, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.

 

Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz və konstitusiya quruluşu bərpa edilib.

 

Bayrağımızın tarixi torpaqlarımız olan Xankəndidə, Ağdərədə, Əsgəran, Xocavənd, Xocalıda yüksəldildiyini qürurla qeyd edən Baş prokuror Qarabağ bölgəsindəki qondarma rejimin ləğv edildiyini, bölgədə olan bütün silahlı erməni dəstələrinin tərksilah edildiyini, qondarma rejimin keçmiş “rəhbər”ləri və digər separatçıların isə tutularaq cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə çatdırıb. 

 

44 günlük vətən müharibəsində, həm də ondan sonrakı dövrdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğının nümayiş etdirildiyini nəzərə çatdıran Baş prokuror, həmçinin, azad edilmiş bölgələrdə gerçəkləşən və bütün dünyanı heyrətləndirən quruculuq və bərpa işlərinin aparıldığını, əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın yüksək səviyyədə icra olunduğunu vurğulayıb.

 

Tədbir zamanı çıxış edən türkiyəli nümayəndə heyətinin rəhbəri, Hakimlər və Prokurorlar Şurasının 1-ci Dairə üzvü xanım Aysel Demirel 8 noyabr Zəfər Günü münasibətilə təbriklərini ifadə edib, əlamətdar tarixdə Azərbaycana gəldiklərindən məmnunluğunu bildirib.

 

Sonda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 





OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...