Azərbaycan əhalisi ən çox gəliri hansı sahədən əldə edir? - MÜQAYİSƏ

Azərbaycan əhalisi ən çox gəliri hansı sahədən əldə edir? - MÜQAYİSƏ

Azərbaycanda əhalinin adambaşına düşən gəlirində ən böyük paya muzdlu işlə əlaqədar əldə edilən gəlirlər düşür. 


Sfera.az 2023-cü ilin birinici yarına aid olan ev təsərrüfatlarının tədqiqinə dair məlumata əsasən, bir ayda adambaşına düşən gəlir 332 manat olub. 


Bu qədər gəlirin 127 manatını, yəni 38,2 faizini əməkhaqqı və buna bənzər gəlirlər təşkil edib. 


Əhalinin şəhər yerlərində əməkhaqqı gəliri daha çoxdur. Şəhər yerlərində 343,5 manat olan aylıq gəlirin 160 manatı, yaxud 47 faizi maaşlar hesabına təmin edilib. 
Amma kənd yerlərində aylıq 316 manat olan gəlirin cəmi 86 manatı və ya 27,2 faizi maaşlar hesabına formalaşıb. 


Əhalinin əldə etdiyi gəlirdə digər böyük pay özünüməşğulluğa məxsusdur. Buradan ölkə üzrə adambaşına gəlir 108 manat olub. Özünüməşğulluqdan gəlirlər şəhər yerlərində 83 manat, kənd yerlərində 138 manatdır. 


Əhali sadalananlardan başqa pensiyalardan adambaşına 53 manat, ölkə daxilində digər ailələrdən 26,5 manat, sosial ödənişlərdən 9,8 manat, ölkə xaricindən 6 manat gəlir əldə edib. Bu gəlirlər həm şəhər, həm də kənd yerlərində təxminən eyni səviyyədədir. 


Kənd yerlərində yaşayanların bunlardan başqa kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri də böyükdür. Bu növ gəlirlər üzrə kənd əhalisi ayda adambaşına 69 manat qazanıb. 


İqtisadi rayonlar üzrə baxdıqda görürük ki, əhalinin əməkhaqqı gəliri Abşeron-Xızı, Naxçıvan Muxtar Respublikası və Bakıda daha yüksəkdir. Abşeron-Xızı sakinləri ayda adambaşına 195 manat, digərləri 167-168 manat maaşdan gəlir əldə edib. 


Özünüməşğulluqda isə Mərkəzi Aran (141,5 manat), Lənkəran-Astara (133 manat) fərqlənib. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Prezident bu fərmanda dəyişiklik etdi

Prezident İlham Əliyev "Feldyeger rabitəsi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib, bu qanunun tətbiqi ilə bağlı 4 avqust 20...

Sosial şəbəkədə kiberdələduzluq edən 2 nəfər saxlanılıb - DİN

Bakıda sosial şəbəkə vasitəsilə kiberdələduzluq edən 2 nəfər saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmə...

5 May - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür

5 may - Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür.   Sfera.az xəbər verir ki, 1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may tarixi Əli...

Dünya Məktəbinin şagirdlərindən ətraf mühitin qorunması ilə bağlı UNİKAL SƏRGİ – FOTO/VİDEO

  Mayın 1-də Bakıda Beynəlxalq Bakalavriat proqramı ilə fəaliyyət göstərən Dünya Məktəbində xüsusi tədbir baş tutub.    Sfera.az xə...

Leyla Əliyevanın dəstəyi ilə qazimizin gözləri əməliyyat olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yer...

"Yatağımın yanında bir Quran var" - Amerikalı məşhur aktyor

“You” serialının ulduzu, məşhur amerikalı aktyor Penn Badqley verdiyi son müsahibədə səsləndirdiyi sözlərə görə gündəmə gəlib. Aktyor gündəlik həyat...