Bədəni çürüyən azərbaycanlı modelin son halı - FOTO

Bədəni çürüyən azərbaycanlı modelin son halı - FOTO

"Sağlamlığımla bağlı sizə açıqlama verim, indi özümü daha yaxşı hiss edirəm, sadəcə bədənin toxumaları zədələnib və çox həssaslaşıb. İnşallah o da zamanla düzələcək və əvvəlki formasına qayıdacaq. Həkim sağ olsun, həqiqətən mənim bədənimi geldən təmizlədi. Abses (red. Abses (lat. abscessus - irinlik) - iltihab nəticəsində məhdud boşluqda irin toplanması) dayandı. Ondan sonra bədəni əvvəlki formaya salmaq üçün növbəti əməliyyata girdim".

 

Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri ombasına gel vurdurduqdan sonra ciddi sağlamlıq problemləri ilə üzləşən model Leyla Mirzəliyeva deyib.

 

O bildirib ki, ombasındakı çürümə dayanıb və yaraları sağalmaq üzrədir. Model həmçinin geli bir il əvvəl vurdurduğunu və bir il ərzində 9-dan çox əməliyyat keçirdiyini etiraf edib.

 

"İnşallah zamanla üzüm yenidən güləcək və bütün çətinliklərim geridə qalacaq", - Leyla bildirib.

 

O, bədəninə gel vurdurmasının və liposaksiya (liposaksiya (piy sovrulma) və lipofillinq (lipoqraftinq), yəni alınmış piy toxumalarının bədənin müxtəlif yerlərinə transfer olunması) etdirə bilməməsinin səbəblərini ətraflı izah edib:

 

"Off baxıram o qızlara, gedib əməliyyat edirlər, həmişə onlara sual verirəm ki, necə belə kökələ bilmisiniz? Deyir ki, yeyib kökəlmişəm. Mən isə nə qədər yedim kökələ bilmədim. Arıq idim deyə liposaksiyaya heç bir həkim götürmürdü. Əsəbiləşdim, getdim gel etdirdim, öz də gel liposaksiyadan bahadı".

 

Model qeyd edib ki, dost bildiyi insanların çoxu dar günündə ona dəstək olmayıb:

 

"1-2 nəfər bilirəm ki, sevinirdilər, özlərini narahat olmuş kimi göstərirdilər. Amma danışanda hiss edirdim ki, ürəyi sevinir. Mənim daha pis vəziyyətimi görmək istəyirdilər. Sizə bir şey deyim, insanın sizə düşər-düşməzliyinə inanırsınız? Mən inanıram, çünki həyatınızdakı insanın ağır aurası və nəfsi həyatınızı çətinləşdirə bilər. O insanın həyatı zibil kimidirsə, sizinki də elə olacaq. Odur ki, içi paxıl, fəsadlı insanları özünüzdən uzaqlaşdırın".

 

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

Azərbaycanda avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib.   Sfera.az-a&nb...

Rusiyanın neft və qaz gəlirləri 14 faiz azalacaq - SƏBƏB

Rusiya hökuməti neft və qaz gəlirlərinin növbəti üç il ərzində 14 faiz azalacağını proqnozlaşdırır.   Sfera.az “Bloomberg”ə istinadən xə...

Bu vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Növbədənkənar parlament seçkisində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müda...

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.  ...

Pensiya və maaş ilə yanaşı, digər hansı ödənişlər artırıla bilər? - AÇIQLAMA

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiə...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. &...