Jurnalistdən Vilayət Eyvazova Xalq artisti ilə bağlı ŞİKAYƏT: "Könül Xasıyeva 40 min manat vermədiyim üçün..." - VİDEO

Jurnalistdən Vilayət Eyvazova Xalq artisti ilə bağlı ŞİKAYƏT:

"Könül Xasıyeva mənə şər və böhtan atır". 

 

Sfera.az xəbər verir ki, bunu tanınmış jurnalist Pərviz Hüseyn Xalq artisti Könül Xasıyeva ilə bağlı Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Kamran Əliyevə müraciətində deyib.

 

Jurnalist iddia edir ki, haqqında dəlillər və əsaslı sübutlar olmadan 221.3-cü maddə ilə cinayət işi açılıb:

 

"İndiyədək heç kəsə qarşı haqsızlıq etməmişəm, təhqir və ya fiziki zorakılıq etməmişəm. Könül Xasıyevanın oğlu Kazıma çantayla vurub xəsarət yetirməyim şər və böhtandır! İstintaq zamanı nə uşaq, nə də hadisə zamanı orada olan adamlarla üzləşdirilmişəm. Məhkəməni görən, panik atakım tutan zaman mənə su verən, havaya çıxaran şəxslərin ifadəsi alınmayıb. Əlimdəki səs yazısı sübut kimi qiymətləndirilməyib. Mənim günahsız olduğum ortaya çıxmasın deyə Könül Xasıyeva müxtəlif yollarla istintaqa təzyiq edir. Öz fəxri adından və statusundan istifadə edərək gələcəyi hələ irəlidə olan bir gəncdən pul tələb edir ki, şikayətindən əl çəksin. Xahiş edirəm, məsələnin obyektiv araşdırılması üçün mənə yardım edəsiniz!", - P. Hüseyn qeyd edib.

 

Ətraflı videoda:

Orxan


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibə...

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Tikinti sektorunda Şərurlu İsfəndiyar kimi tanınan iş adamı, "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov məhkəməyə gəlib.   Sfera.az xəbər v...

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...