113 ölü, 150 yaralı: İraqda toy mərasimi faciəvi yanğınla başa çatdı - VİDEO

113 ölü, 150 yaralı: İraqda toy mərasimi faciəvi yanğınla başa çatdı - VİDEO

İraqın Neynəva əyalətinin Həmdaniya rayonunda toy məclisində baş verən yanğında yüzdən çox adam ölüb, 150 nəfər yaralanıb. Mülki müdafiə əməkdaşları çərşənbə günü səhər saatlarına kimi yanan bina xarabalıqlarında əməliyyat-axtarış tədbirləri həyata keçirib.
 

Sfera.az bildirir ki, İraq KİV-nin məlumatına görə, ölənlərin sayı rəsmilərin iddia etdiyindən çox ola bilər. Xilasedicilər binanın yanar materiallardan tikildiyini müəyyən ediblər ki, bu da onun dağılmasını sürətləndirib.
 

Neynəva əyalətinin qubernatorunun müavini Həsən əl-Allaq 113 nəfərin öldüyünü təsdiqləsə də, bəzi mənbələr qurbanların sayının yüz nəfəri keçdiyini iddia edir. Faciə nəticəsində daha 150 nəfər yaralanıb.
 

Dövlət mediasının məlumatına görə, yanğın böyük tədbir zalında bayram zamanı atəşfəşanlıqdan sonra başlayıb. Şahidlərdən biri İmad Yohana bildirib ki, o, binadan alov çıxdığını görüb və çoxları içəridə sıxışıb qalıb. Hətta qaça bilənlər də ağır yaralanıb.


İlkin məlumatlara görə, bina yanar materiallardan tikilib və bu da onun dağılmasını sürətləndirib.
 

Yayımlanan görüntülərə əsasən, yanğın toy zamanı başlayıb – videoda bəylə gəlinin rəqsi zamanı qonaqların üzərinə yanan tullantıların düşməsi epizodu qeydə alınıb.

 

Hadisə yerinə İraq federal orqanlarından təcili tibbi yardım maşınları və tibb qrupları göndərilib.

 

Hadisə şahidlərinin sözlərinə görə, yanğın yerli vaxtla saat 22:45 radələrində başlayıb və həmin vaxt binanın içərisində yüzlərlə insan olub.


Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR