Rus hərbçilər mülki geyimdə cəbhə xəttindən qaçırlar

Rus hərbçilər mülki geyimdə cəbhə xəttindən qaçırlar

Zaporojye istiqamətində rus hərbçiləri cəbhə xəttindən qaçır, hətta mülki geyimə keçirlər.
 

Sfera.az bildirir ki, bu barədə sentyabrın 27-də Melitopol meri İvan Fedorov öz teleqram kanalında məlumat verib.
 

Rus işğalçıları cəbhə xəttindən qaçaraq öz aralarında döyüşlərə başlayırlar.

 

Rusiya hərbçiləri fərariləri saxlamağa çalışır və işğal olunmuş şəhərlərdə öz aralarında döyüşlərə başlayırlar.
 

"Ukrayna Silahlı Qüvvələrinin hər bir uğurlu atışı Zaporojye istiqamətində işğalçıların motivasiyasını azaldır"- deyə Fedorov vurğulayıb.
 

O qeyd edib ki, rus işğalçıları fərariləri tutmaq üçün tədbirlərə əl atırlar, bunun üçün şəhərdən gələn demək olar ki, hər bir avtomobili yoxlayır və rus hərbçilərinin yaşadığı evlərdə axtarış aparırlar.


Bundan əlavə, Fedorov bildirib ki, münaqişələr rus işğalçıları arasında və çox vaxt etnik zəmində baş verir.
 

“Tokmakda hərbi polis “Rusiya ruslar üçün” şüarları ilə osetin və kabardiyalı ordu üzvlərini” döyüb”-deyə mer əlavə edib.
 

Fedorovun sözlərinə görə, ordusunun motivasiyasını gücləndirmək üçün Putin hətta Zaporojye istiqamətində döyüşən 58-ci Orduya “Qvardiya” adını da verib.
 

"Lakin bu, şübhəsiz ki, ruslara qalib gəlməyə kömək etməyəcək. Onlar fəxri adla qaçacaqlar"- deyə mer əmin edir.
 

Xatırladaq ki, daha əvvəl media Zaporojye vilayətinin qərbində Rusiya Silahlı Qüvvələrinin itkilərinin nəzərəçarpacaq dərəcədə artdığını bildirmişdi. Ekspertlər bu istiqamətə köçürülə bilən döyüşə hazır hissələrin çatışmazlığı ilə üzləşə biləcəyini irəli sürüblər.


Bundan əlavə, ruslar Melitopol istiqamətində “insan qalxanı” kimi dinc əhalinin arxasında gizlənməyə çalışırlar.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...