Azərbaycanın taxıl ehtiyatı varmı?

Azərbaycanın taxıl ehtiyatı varmı?

Azərbaycanda istənilən qədər taxıl ehtiyatı var.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycanda buğda və taxılla bağlı heç bir problem yoxdur: “Bu il Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunub. Onun 1,7 milyon tonu buğdanın payına düşür. Daxili istehsal hesabına tələbat 70-80 faiz ödənilir”.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması məsələsinə toxunan M.Hacıyev qeyd edib ki, narahatlığa heç bir əsas yoxdur: "Hər kəs nazirliyin saytına daxil olmaqla bütün kənd təsərrüfatı məhsullarının qiyməti ilə tanış ola bilər. Nazirliyin qiymətlərlə bağlı informasiya portalı var. Demək olar ki, orada hər gün qiymətlər yenilənir, həm pərakəndə, həm də topdansatışla bağlı qiymətlər daxil edilir".

Nazirlik rəsmisi bildirib ki, yerli istehsal məhsullarında elə bir ciddi bahalaşma yoxdur.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...