1 939 ibtidai sinif müəllimi sertifikasiya imtahanı verib

1 939 ibtidai sinif müəllimi sertifikasiya imtahanı verib
Kateqoriya məlum deyil29.08.23, 17:3310545 👁️
T

“Bu il 40 mindən çox müəllimin sertifikasiya imtahanında iştirakını təmin edəcəyik”.

Sfera.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib: “Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib”.

Mərkəz direktoru əlavə edib ki, imtahanın nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilir.

PAYLAŞ