Lerikdə oğurluq edən qardaşlar saxlanılıb

Lerikdə oğurluq edən qardaşlar saxlanılıb

Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhəri Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı Lerik RPŞ-də zəruri istintaq tədbirləri həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Həbsdə olan bəstəkar bu müğənnilərə mahnılarını oxumağa QADAĞA QOYDU

6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair Tural Bayraməliyev bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub.   Sfera.az xəbər verir k...

Bakıda ağaclarda Amerika kəpənəklərinin sayı çoxalıb, bu ərazi nəzarətə götürüldü - VİDEO

Son günlər paytaxtda Amerika ağ kəpənəyinin tırtıllarının artması müşahidə olunub.   Sfera.az-ın məlumatına görə, bu, Binəqədi rayonu, 7-ci mikrorayo...

Sərnişinlərin qulaqlarından və burnundan qan açıldı: Təyyarə təcili eniş etdi

Yutadan Oreqon ştatının Portland ştatına uçan təyyarədə təzyiq problemləri uçuşu sərnişinlər üçün qorxulu yuxuya çevirib. Uçuş zamanı sərnişinlərin qulaqlarında...

Kassano Ronaldunu sərt tənqid etdi: "O, futbol oynamağı bacarmır"

İtaliya millisinin və "Real Madrid"in sabiq hücumçusu Antonio Kassano Portuqaliya millisinin ulduz hücumçusu, vaxtilə kral klubunda çıxış edən, indi i...

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...