Murad Musayev cəzalandırılıb, “Sabah” və “Neftçi”yə xəbərdarlıq edildi

Murad Musayev cəzalandırılıb, “Sabah” və “Neftçi”yə xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi “Sabah” və “Neftçi” klubuna xəbərdarlıq edib, birincilərin baş məşqçisi Murad Musayevi cəzalandırıb.

 

Sfera.az-ın məlumatına görə, qurum adıçəkilən komandalar arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun oyununda qeydə alınan neqativ hallara görə bir sıra qərarlar verib.

 

Qarşılaşma zamanı hər iki klubun azarkeşləri tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, komandalara xəbərdarlıq olunub.

 

1:1 hesabı ilə başa çatan matçın sonlarında oyunun bərpasını ləngitdiyi üçün qırmızı vərəqə alan “Sabah”ın baş məşqçisi Murad Musayev 1-i şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Həmçinin, “Sabah” buna görə 1000 manat cərimələnib. Rusiyalı mütəxəssisə 3 aylıq sınaq müddəti təyin edilib.

 

Görüş zamanı “Sabah”ın 7, “Neftçi”nin isə 5 futbolçusu sarı vərəqə alıb. Bu, hər iki klubun 700 manat məbləğində cərimə edilməsinə səbəb olub.


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....