Qurban Qurbanov: “Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”

Qurban Qurbanov: “Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”

“Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”.

 

Sfera.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçiriləcək ilk oyun üçün Sloveniyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

 

51 yaşlı mütəxəssis həlledici mərhələdə olduqlarını söyləyib: “Düzgün köklənmək üçün maksimum dərəcədə çalışacağıq. İnanıram ki, futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldıracaq. Onlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Azarkeşlər üçün maraqlı mübarizə olacaq”.

 

Baş məşqçi sıx qrafikdə çıxış etdikləri üçün yorğunluq olduğunu gizlətməyib: “Matça hazırlıq zamanı komandada yorğunluğun azalmasına çalışdıq. Son vaxtlar 3-4 gündən bir oyuna çıxırıq, səfərlər edirik. Vəziyyəti tam tənzimləyə bilməmişik”.

 

Qurban Qurbanov yalnız iki oyunçunun zədədən əziyyət çəkdiyini söyləyib: “Bədavi Hüseynov və Marko Veşoviçdən başqa, digərlərində hər şey qaydasındadır”.

 

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...