Goranboyda mikroavtobus aşıb

Goranboyda mikroavtobus aşıb

Mingəçevirdən Goranboya gedən mikroavtobus Goranboy rayon Zeyvə kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

 

Sfera.az-ın məlumatına görə, mikroavtobusun qarşısına anidən iki velosipedçi çıxıb.

 

Sürücü hadisədən yayınmağa çalışan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

 

Hadisə zamanı 1 nəfər yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR