"Kişisənsə, boynuna al"

 
Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından istefa verməsi həmkarları tərəfindən birmənalı qarşılanmayıb.

Sfera.az xəbərinə görə, Xalq artisti Ramiz Məlik AzVision.az-a bildirib ki, Fuad Poladovun teatrdan getməsində günahkar aktyor Hikmət Rəhimovdur. 

"Fuad Poladovla baş rejissor Azərpaşa Nemətov dostdurlar. Niyə bunları bir-birlərinə qatırlar? Mən bunu başa düşə bilmirəm. Bunun hamısını edən o Hikmətdir. O, vicdansızdır, xuliqandır. Necə ola bilər ki, Mehdi Məmmədov kimi dahi rejissorun oğlu Vüqar Məmmədovu qəddarcasına döyəsən? Kişisənsə, boynuna al. Hikmət həqiqəti deməlidir. Bütün bu həngamələr İsrafil İsrafilovun vaxtında, beş il müddətində YUĞ-çuların "Azdrama”ya buraxılması nəticəsində oldu. YUĞ-çular da gəlib burada şoular, intriqalar yaratdılar”, -deyə aktyor bildirib.

Qeyd edək ki, Xalq artisti Fuad Poladov həmkarı Hikmət Rəhimovun "Azdrama”dan çıxarılmasına etiraz edərək istefa ərizəsi yazıb. Xalq artistinin istefasından sonra teatrda qalmaqal daha da böyüyüb. F.Poladov məsələyə soyuqqanı yanaşaraq istefa verdiyini təsdiqləyib və bu addımı H.Rəhimova görə atdığını bildirib. 


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...