"Şəbnəm kimin ərini əlindən alıb, kimin ailəsini dağıdıb..." - 12 illik rəfiqəsi SUSMADI NƏLƏR DEDİ NƏLƏR...
Maqazin
17:22 / 27.10.2016
16097
Gənc müğənni Sabina Selcan rəfiqəsi müğənni Şəbnəm Əsədovaya sosial şəbəkədə dəstək olub.
BiG.AZ xəbər verir, müğənni son zamanlar adı qalmaqallardan əksik olmayan rəfiqəsinin haqsızlığa uğradığını düşünüb, ona öz dəstəyini belə nümayiş etdirib.
"Hamilə qadını bu qədər incitmək olmaz! İnsanlıq deyilən bir şey var. İnsaf edin! İçinizdə Allah qorxusu olsun böhtan atanda! Məncə də haqqına üsyan edir. 12 ildir ki, rəfiqəmdir, onu məndən yaxşı bəlkə də heç kəs tanımır... Son vaxtlar sosial şəbəkələri çalxalayan biabırçı böhtanlara təəssüf edirəm... Əziz xanımlar, doğrudur ki, Şəbnəmin birinci evliliyi uğursuz olub. İndi isə ikinci evliliyidir və övlad gözləyir. Başqaları kimi ərdən boşanıb bir gün orda bir gün burada deyil... Ayıbdır və günahdır. Haqsızlıq edərək birini bu qədər incitmək olmaz. Belə pis çıxmasın kimin ərini əlindən alıb, kimin ailəsini dağıdıb? Nə isə... Bağışla bacışka, bu qədər haqsızlığa dözmədim danışmaq məcburiyyətində qaldım".