"Kara sevda" fanatlarına pis xəbər - reytinq qurbanı olacaq? - FOTO
Maqazin
15:19 / 27.10.2016
2501
Dünən Türkiyə telekanallarının efirində yayımlanan proqram, serial və filmlərin reytinqi açıqlanıb.
Sfera.az axşam.az-a istinadən bildirir ki, mövsüm başlayandan reytinqdə lider ola bilməyən "Kara sevda" dünən bir qədər də geriləyib. "Diriliş Ertuğrul"un yeni mövsümə başlaması ilə Burak Özçivit və Neslihan Atagülün baş rollarda olduğu ekran işi 4-cü pilləyə (AB-də 5-ci) düşüb.
Telekanal artıq bununla bağlı serialın prodüserinə narazılığını bildirib. Reytinqdə geriləmə "Kara sevda" üçün erkən finalla nəticələnə bilər.
"Poyraz Karayel" də uğursuzluqla üzləşərək 9-cu sıraya düşüb. Günün ən uğursuz layihəsi isə "Aşk laftan anlamaz" olub.