Mətanət İsgəndərli 2 dəfə nişanı qayıdan qızından nələr dedi nələr! - FOTOLAR
Maqazin
15:05 / 27.10.2016
2953
Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərdən danışıb.
Sfera.az lent.az-a istinadən bildirir ki, M.İsgəndərli bildirib ki, qızı evlənmək üçün oğlan tapa bilmir: "Bu dəqiqə ərə getmək problemdir. Fikirləşirsən ki, beş günlük ailə qurmaq lazım deyil. Ona görə də qızım çox fikirləşir. Deyir ki, ailə qururamsa, ömürlük quracam. Bu dəqiqə boşanmaların sayı çoxalıb. Ülkərə oğlan bəyəndirə bilmirik".
Qeyd edək ki, M.İsgəndərlinin qızı 2 dəfə nişanlı olub. Belə ki, o, 2009-cu və 2015-ci ildə nişanlansa da, bərabərlik sona qədər davam etməyib.