Aşıq Əlinin avtomobili əlindən alındı; Polis polkovniki canlı efirə qoşuldu - QALMAQAL

Aşıq Əlinin avtomobili əlindən alındı; Polis polkovniki canlı efirə qoşuldu - QALMAQAL

Ötən gün "5-də 5" verilişinin qonağı olan aşıq Əlinin başına iş gəlib.

Milli.Az xəbər verir ki, canlı yayımda verilişin aparıcısı qonağı aşıq Əlini salamladıqdan sonraonu sual atəşinə tutub:

Zaur Kamal:Əli, necəsən?

Aşıq Əli:Bir az qanımız qaradır, amma yaxşıdır hər şey.

Zaur Kamal:Niyə? Nə olub?

Aşıq Əli:Sonra deyərəm.

Zaur Kamal:O zaman dərd-qəmi unut, verilişdəsən.

Aşıq Əli:Bir Cəmşid müəllim var. Onu salamlamaq istəyirəm.

Zaur Kamal:İşin düşüb ona?

Aşıq Əli:Hələ heç-heçədir. Görək nə olur. Efir söhbəti deyil, Zaur. Açıqlamayacam o kimdir, nəçidir. Özü baxır verilişə, bilər.

Verilişdətanınmış sənətçinin dialoqunun üstündən dəqiqələr keçmiş canlı efirə telefon zəngi olub. Efirə qoşulanBakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov canlı yayımda aşıq Əlinin kefsiz olmasının pərdəarxası məqamlarına aydınlıq gətirib:

"Canlı efirə zəng etməyimin səbəbi var. Hal-hazırda mənə məruzə edildi ki, çox hörmətli sənətçimiz aşıq Əlinin kefinin olmamasının səbəbiSəbail rayon DYP tərəfindən onun avtomobilinin alınması ilə bağlıdır. Hörmətli Əli müəllim, sizin sənətinizin pərəstişkarıyam. Ancaq efir vasitəsi iləSəbail rayon DYP şöbəsinin polis polkovnik-leytenantı Cəmşid Həmzəyev tərəfindən sizə məxsus avtomobilin alınıb cərimə meydançasına qoyulması ilə bağlı narazılıq edirsiniz. Hər halda, Əli müəllim bilir ki, onun avtomobili niyə cərimə meydançasına salınıb. Əli müəllim elə danışdı ki, sanki DYP tərəfindən ona haqsızlıq edilib. "460" dövlət nömrə nişanlı avtomobildən söhbət gedir".

Aşıq Əli Vaqif Əsədovun bu açıqlamaları qarşısında bir anlıq çaşqınlıq keçirsə də, polis polkovnikinin sözlərinə belə reaksiya verib:

"Heç burada yol polisi haqda danışılmadı axı! Saxlanılan mənim maşının deyil axı. Mənim maşınım bu dəqiqə aşağıdadır (Xəzər TV-nin studiyasının həyətində). O maşın mənim deyil, xeyr!"

Vaqif Əsədov:"Sizin deyilsə, o zaman bu narazılıq nədəndir? Tərtib edilmiş 5 inzibati protokol, konkret müəyyən edilmiş cərimə məbləği var. Faiz də üstünə gəlib. Bundan başqa, elektron, yəni əhali arasında MMX kimi tanınan - yenə də 5 qayda pozuntusu ilə bağlı müvafiq sənədlər var. Eyni zamanda həmin avtomobil etibarnaməsiz idarə edilir".

Aşıq Əli:"Mən bir ad çəkdim. DYP şöbəsi adı çəkdim?! O adı daşıyan mənim dost-tanışım da ola bilərdi. Səbail rayon DYP şöbəsi ilə bağlı mənim heç bir narazılığım yoxdur. Maşın da mənim deyil".

Vaqif Əsədov: "Təbii ki, vəkalətnamə olmadığı halda maşın sənə məxsus ola bilməz".

Zaur: "Əli, boynuna al da. Bu,Əlinin ailə maşınıdır".

Əli məsələyə gülümsəyərək son nöqtəni qoyub.


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...