Göyçayın Çaxırlı kəndində şəhid Sənan Məmmədovun ad günü qeyd olundu - FOTOLAR

Göyçayın Çaxırlı kəndində şəhid Sənan Məmmədovun ad günü qeyd olundu - FOTOLAR

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Sənan Tehran oğlu Məmmədovun ad günü Çaxırlı kəndində şəhidin məzarı önündə qeyd olunub.


Mərasimdə Göyçay rayon icra hakimiyyətinin başçısı,  RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİH başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsi, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.


Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. 


Mərasimdə çıxış edənlər şəhid Sənan Məmmədovun qısa və mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.


Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Xatırladaq ki, şəhid Sənan Məmmədov 27.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. 14.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılıblar. 21 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR