Bakıda Aşura günü - FOTOREPORTAJ

Bakıda Aşura günü - FOTOREPORTAJ

Bu gün Məhərrəm ayının onuncu günü -  Aşura qeyd olunub.

 

Sfera.az bildirir ki, Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçirilib. Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar təşkil edilir.

 

Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir. İyulun 19-dan başlayan Məhərrəm ayı isə avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

 

Beləliklə, əməkdaşımızın Aşura günündən hazırladığı fotoreportajı təqdim edirik.

 

Fotolar: Anar Bayramlı

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR