Millət vəkili ölkə başçısına təşəkkür etdi

Millət vəkili ölkə başçısına təşəkkür etdi

Bu günlərdə 60 illik yubileyinin qeyd edən millət vəkili Cavanşir Feyziyev ölkə başçısı Cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Millət vəkilinin ölkə başçısına ünvanladığı təşəkkür məktubunu prezident.az saytı dərc edib. Həmin təşəkkür məktubunu oxucularımızın diqqətinə çatdırırıq.

“Möhtərəm cənab Prezident.

Ulu Öndər Heydər Əliyevin siyasi dühası və misilsiz fədakarlığı nəticəsində müstəqilliyini bərpa etmiş dövlətimiz Sizin rəhbərliyinizlə özünün dinamik inkişaf yoluna qədəm qoyub. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız Ali Baş Komandan kimi məhz Sizin siyasi məharətiniz sayəsində və müdrik rəhbərliyinizlə şanlı Ordumuz tərəfindən azad olunub. Ölkəmiz və xalqımız sülh və əmin-amanlıq şəraitində yeni həyata başlayıb. Müharibədən sonrakı dövrdə Sizin bilavasitə göstərişinizlə həyata keçirilən abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşının qəlbini sevinc və fərəh hisləri ilə doldurur. Ulu Öndərimizin, Sizin və çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan xalqının azadlığı, xoşbəxtliyi və fıravanlığı naminə göstərdiyiniz misilsiz xidmətlər müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılır. Sizin rəhbərliyinizlə davamlı inkişaf edən və dünyada böyük nüfuz sahibinə çevrilən Azərbaycan Respublikasının vətəndaşı olmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir.

2023-cü il 17 iyul tarixli Sərəncamınızla məni “Şöhrət” ordeni ilə təltif etməyinizi tərəfinizdən bütövlükdə Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinə verilən yüksək qiymət və böyük etimad kimi dəyərləndirirəm. Bu yüksək mükafata bütün dünya azərbaycanlılarının Prezidenti, Qarabağın Fatehi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və Avrasiya miqyaslı geosiyasi proseslərə istiqamət verən qüdrətli Azərbaycan dövlətinin rəhbəri tərəfindən layiq görülmək mənim üçün, ailə üzvlərim, dostlarım və həmkarlarım üçün çox böyük şərəfdir. Göstərdiyiniz qayğıya və yüksək etimada görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun dönmədən davam etdirilməsi, Vətənimizin daha da çiçəklənməsi və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulması naminə apardığınız uğurlu daxili və xarici siyasət kursunuzu daim dəstəkləməyi hər bir Azərbaycanlı kimi özümə borc bilirəm. Yüksək etimadınızı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyimə Sizi əmin edirəm.

Möhtərəm cənab Prezident, Sizə, xeyirxah və nəcib əməlləri ilə Azərbaycan xalqının sevimlisinə çevrilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya və bütün doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və səadət arzulayıram.

Azərbaycan xalqının xoşbəxt gələcəyi və fıravanlığı naminə apardığınız bütün fəaliyyətlərdə Uca Tanrı yardımçınız olsun!

Dərin ehtiramla,

Feyziyev Cavanşir, Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri.


OXŞAR XƏBƏRLƏR

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ! - RƏSMİ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....

Bakıda AĞIR QƏZA: 3 avtomobil toqquşdu - ANBAAN VİDEO

Bu gün saat 09:00 radələrində Zabrat yolunda ağır qəza baş verib.   Sfera.az-ın məlumatına görə, 3 avtomobilin toqquşması ilə baş verən hadisəd...