Hacı Nuran yenidən müalicəyə başladı
Maqazin
17:16 / 26.10.2016
1341
Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynov yenidən Almaniyaya müayinəyə yollanıb.
Sfera.az axşam.az-a istinadən bildirir ki, aparıcı bu haqda sosial şəbəkədə yazıb. O, "Yenə bir az müalicə almalıyam" deyə, qeyd edib.
Qeyd edək ki, Hacı Nuran uzun illərdir Almaniyada xərçəng xəstəliyindən müalicə alır. Aparıcı avqustda Bakıya qayıtmışdı.