ABŞ Ukrayna üçün HƏRƏKƏTƏ KEÇDİ - Baydendən müharibənin taleyini dəyişəcək QƏRAR

ABŞ Ukrayna üçün HƏRƏKƏTƏ KEÇDİ - Baydendən müharibənin taleyini dəyişəcək QƏRAR

ABŞ Avropa ölkələrinə ukraynalılara “F-16” qırıcı təyyarələrini idarə etməyi öyrətməyə icazə verəcək.

 

Sfera.az CNN-ə istinadən xəbər verir ki, bu faktı Co Bayden administrasiyasının milli təhlükəsizlik müşaviri Cek Sallivan açıqlayıb.

 

Rəsminin sözlərinə görə, ukraynalılara “F-16”lardan istifadə bacarıqlarının öyrədilməsi Ukraynanı hava hücumlarında zəif vəziyyətdən çıxaracaq:

 

“Prezident yaşıl işıq yandırdı və avropalılar hazır olan kimi ukraynalılara “F-16”larda təlim keçməyə icazə verəcəyik, lazımi avadanlıqlarla təmin edəcəyik. Kiyevin quru qoşunlarının əks-hücum əməliyyatı başlayarkən qarşılaşdığı əsas problemlərdən biri Rusiya hava qüvvələrinin zərbələridir. Rusiya hələ də hava üstünlüyünü qoruyur, bu da quru qoşunlarının irəliləyişini çətinləşdirir. Mayda Bayden G7 liderlərinə məlumat vermişdi ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə dördüncü nəsil təyyarələrdə, o cümlədən “F-16”larda ukraynalı pilotlara təlim keçmək üçün birgə səyləri dəstəkləyəcək, baxmayaraq ki, bu təlimin nə vaxt baş verəcəyi hələ məlum deyildi. ABŞ istehsalı olan təyyarə havadan havaya yanacaq doldurma qabiliyyətinə malikdir və artıq Ukraynaya tədarük edilən NATO silahlarının əksəriyyətinə uyğundur”.

 

CNN-nin şərhinə görə, “F-16”lar Rusiya təyyarələri üçün güclü rəqibdir. Sallivan bazar günü qeyd edib ki, Avropa müttəfiqləri təlim üçün lazım olan vasitələri bir neçə həftəyə əldə edəcəklər. Bununla belə o qeyd edib ki, Birləşmiş Ştatlar “F-16” təliminin başlanmasına zəmanət verməyəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR