77 yaşlı Silvestr Stallone romantik tətildə fit görünüşü ilə hər kəsi heyran qoyub

Bir neçə ay əvvəl bütün dünyada milyonlarla pərəstişkarı amerikalı aktyor Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavinin 25 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət etdiyini, ailəsində ciddi problemlərin olduğunu danışırdı. Ancaq bütün bunlara baxmayaraq, cütlük güzəştə gedərək barışmağı bacarın Sfera.az bildirir ki, cütlük Sardiniyada tətil zamanı paparassilərin obyektivlərinə düşüb.Silvestr Stallone yoldan keçənlərə fikir verməyərək həyat yoldaşına olan sevgisini hər cür nümayiş etdirib.
Cütlük İtaliyanın Porto Cervo şəhərində alış-veriş edib. Silvestr tünd göy rəngli köynəkdə və açıq rəngli şortda, boz saçları arxaya daranmış olub. Kombin yüngül idman ayaqqabısı və gün eynəyi ilə tamamlanıb. Yaşına baxmayaraq, o, çox fit və çox şən görünüb. Aktyorun 54 yaşlı həyat yoldaşı qamətli belini vurğulayan uzun ağ yay paltarı seçib. O, saçlarını boş topuzla yığıb və dəbdə olan günəş eynəyi taxıb. Cütlük qayıqda birlikdə oturarkən görünüb. Onlar əvvəllər də hovuzda çimərkən görüntüləniblər.
Qeyd edək ki, keçən avqust ayında cütlük boşanmağı planlaşdırdıqlarını açıqlayanda ictimaiyyəti şoka salmışdı. Xəbərdən bir neçə həftə sonra onlar evliliklərinə daha bir şans vermək qərarına gəldilər və problemlərini həll etdilər. Cütlük evlərində görüşüb və uzun söhbətdən sonra məhkəmə ərizələrini geri götürüblər. Xatırladaq ki, cütlüyün "The Stallone Family" realiti-şousunda rol alan Sistine (24), Sofi Rose (26) və Scarlet Rose (20) adlı qızları var.