Eko-fəallar 280 milyon avroluq yaxtanı dağıtdılar

Bu gün İbizada ətraf mühit fəalları “Walmart” mağazalar şəbəkəsinin varisi Nensi Uolton Loriyə məxsus Kaos yaxtasına hücum ediblər. Yaxtanın dəyəri 280 milyon avro qiymətləndirilir. Sprey boya ilə gəminin dizaynına qırmızı və qara boya yaxılıb. Bu barədə təşkilatın YouTube-da yerləşdirilmiş süjetində deyilir.
Sfera.az bildirir ki, “Futuro Vegetal” (“Tərəvəz gələcəyi”) hərəkatının nümayəndələri 400 metrlik gəminin üzərinə boya töküblər. Sonra əllərində “Başqalarının əziyyətini yeyirsən” şüarı yazılmış pankart qaldırıblar.
Qeyd edək ki, yaxta “Walmar”şəbəkələrinin varisi Nensi Uolton Loriyə məxsusdur. O, həmtəsisçi Ceyms Bud Uoltonun qızıdır. Bloomberg Milyarderlər İndeksi onun sərvətini 7,77 milyard dollar qiymətləndirir. Yaxta təxminən beş gün İbiza limanında dayanıb, ekipaj estakadadan ayrılmağa hazırlaşarkən fəallar etiraz nümayiş etdiriblər.
Polisin məlumatına görə, iki etirazçı saxlanılıb. Xatırladaq ki, bir neçə gün əvvəl ispan qrupu oxşar hərəkəti həyata keçirmişdi. “Nensi Uolton” yaxtası 280 milyon avro dəyərində qiymətləndirilir. O, 16 kabinədə 31 qonağı, 24 kabinədə isə daha 45 ekipaj üzvünü qəbul edə bilir. Gəminin uzunluğu 110 metrdir.