Azərbaycanda böyük zoopark yaradılır - FOTO

Azərbaycanda böyük zoopark yaradılır -  FOTO

Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək.

“Bakıda tikilməsi nəzərdə tutulan yeni Heyvanat Parkının layihə sənədləri çoxdan hazırlanıb”.

Bu sözləri ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin

 rəhbəri İradə İbrahimova deyib. 
Onun sözlərinə görə, tikinti işlərinə hələ ki, başlanılmayıb: "İqtisadi cəhətdən imkan yaranan kimi 

layihənin icrasına başlanılacaq”.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni zoopark 
Abşeron rayonunun Ceyranbatanqəsəbəsindədir. 

Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək. Park Bakıdan 25 km aralıda yerləşəcək. 

İradə İbrahimova - ETSN-nin mətbuat xidmətinin rəhbəri


Bir müddət əvvəl mətbuatda yeni zooparkın 2016-cı ildə istifadəyə veriləcəyi barədə xəbər yayılmışdı.

 Prezident İlham Əliyev 2011-ci ildə Abşeron rayonunun ərazisində yeni zooparkın tikintisi üçün 

sərəncam imzalayıb. Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulurdu. Daha sonra həmin

 ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab 

olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif edilib.