"Putin özünün deyə bilmədiklərini Lukaşenkoya dedizdirir" - Açıqlama

"Putin özünün deyə bilmədiklərini Lukaşenkoya dedizdirir".

 

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanla açıq qarşıdurmadan çəkindiyini, ancaq ölkəmizə qarşı hiyləgər planlar qurduğunu bildirib.

 

"Məlumdur ki, KTMT silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına ziddir. Kreml Cənubi Qafqazı əldən vermək istəmir, bölgədə varlığını KTMT-nin imkanları vasitəsilə də həyata keçirmək istəyir. Kreml sahibi Vladimir Putinin Paşinyandan xoşu gəlməsə də, o, Ermənistan və Qarabağ separatçıları vasitəsilə bölgədə varlığını davam etdirmək və rəqibləri olan – Avropa İttifaqı və ABŞ-ni Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Kremlin bu istəyinin gerçəkləşməsi yolunda əsas maneələrdən biri Azərbaycandır. Biz başda strateji müttəfiqimiz Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ-la sıx əməkdaşlığın tərəfdarıyıq. Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur",- politoloq qeyd edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR