Dərmanlarla bağlı qərar verildi - Qiymət dəyişdi

Dərmanlarla bağlı qərar verildi -  Qiymət dəyişdi

Dekabrın 25-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurasının Katibliyindən verilən məlumata görə, iclasda daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilmişdir. Beləliklə, 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3661 dərman vasitəsinin qiymətləri bu gündən qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcək.

Bununla da, ilin əvvəlindən etibarən manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 21%-nin qiyməti 2 dəfədən çox, 9%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib, 40%-nin qiyməti isə məzənnə dəyişikliyi ilə əlaqədar orta hesabla 30% artıb.

Belə ki, manatın məzənnəsinin dəyişməsindən əvvəl dərman vasitələrinin qiymətləri kəskin şəkildə, 2-3 dəfədən çox, bir sıra hallarda 5 dəfədən çox, bəzi dərmanlar üzrə isə 10 dəfəyədək azaldıldığı üçün bu dərmanların qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırıldıqdan sonra belə, yenə də tənzimləmədən əvvəlki qiymətlərdən dəfələrlə aşağıdır. Bu isə, manatın məzənnəsinin dəyişdiyi dövrdə dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin sosial əhəmiyyətini daha da artırır.

Qərarlar və dərman vasitələrinin qiymətlərinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.  //qafqazinfo

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...