"Sədaqətin azarı düşüb canınıza?"

"Sədaqətin azarı düşüb canınıza?"
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə yayımlanan “Zuhal Topalla İzdivac” verilişinə qatılan Sədaqət Dadaşova son zamanlar mediada haqqında

yazılanlara əsəbləşib.

Sfera.az axşam.az-dan aldığı məlumata görə, xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın

isə bacısı olan S.Dadaşova yenidən ailə qurmaq istəməsinin gündəmə çevrilməsinə sərt münasibət bildirib. Belə ki, ifaçının

bacısı sosial şəbəkədə belə bir müraciət yayıb:

 
“Elə bil, bunların dərdləri-sərləri yoxdur. Ay yazıqlar, bilmirsiz, kimdən, nədən danışasız. Sədaqətin azarı düşüb murdar

canınıza? Ölün də... Əgər başqa bir marağınız yoxdursa, bu həyatda niyə yaşayırsınız?”.


Qeyd edək ki, aktyor R.Dadaşov keçmiş həyat yoldaşı S.Dadaşovanın proqrama qatılmasında B.Dadaşovanı ittiham edib.

O bildirib ki, S.Dadaşovanı Türkiyəyə bacısı B.Dadaşova göndərib. Brilliant Dadaşova isə mediaya açıqlamasında bunda

qəbahət olmadığını bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR