Yol polisinin bayram qadağaları

Yol polisinin bayram qadağaları

Bayram ərəfəsində və günlərində yol qəzalarının qarşısının alınması, yollarda yarana biləcək sıxlığın baş verməməsi və tıxacların yaranmaması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində müxtəlif istiqamətlər üzrə nəzarət gücləndiriləcək. 

Sfera.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnikiVaqif Əsədov deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə yol polisi gücləndirilmiş rejimdə işləyəcək: "Polis Bakı şəhəri ərazisində təhlükəsizliyin təmin edilməsi və ictimai asayişin qorunması məqsədilə gücləndirilmiş iş saatında xidmət göstərəcək. Ona görə də paytaxtda bayram tədbirlərinin keçirildiyi ərazilərdə və onlara bitişik küçə və yolların yol polisi tərəfindən tam nəzarətə götürülməsi üçün zəruri işlər həyata keçiriləcək. Xüsusilə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma, parklanma qaydalarının pozulması, eyni zamanda, yollarda yükgötürmə qabiliyyəti 5 tondan artıq olan nəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması və digər xətalara qarşı təsirli tədbirlərin görülməsi nəzərdə tutulur".

Bundan əlavə, V.Əsədov qeyd edib ki, bayram günləri ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xatırladır ki, özlərinə məxsus və ya istifadələrində olan yükdaşıma qabiliyyəti 5 tondan yuxarı avtomobilləri ilə saat 07:00-dan 22:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar: "Onlar yalnız axşam saat 22:00-dan səhər saat 7:00-dən paytaxtın yük avtomobillərinin hərəkətinə icazə verilən küçə və prospektlər üzrə hərəkət edə bilərlər. Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər qanunvericiliklə nəzərdə tutlmuş qaydada məsuliyyətə cəlb ediləcəklər".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, respublika ərazisində 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 4-dək, yəni 5 gün rəsmi istirahət günləri elan olunub.


OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...