Xanımı Elçinə elə bir ad günü təbriki etdi ki ...

Xanımı  Elçinə elə bir ad günü təbriki etdi ki ...

 

Bu gün müğənni Elçin Cəfərovun doğum günüdür. 

Axşam.az-ın məlumatına görə, 32 yaşını qeyd edən ifaçını həyat yoldaşı Aysel sosial şəbəkədə təbrik edib. 

Təəssüratlarını bölüşən Aysel bunları vurğulayıb:

"Yoldaşım, dostum, sirdaşım, ad günün mübarək. Neçə belə gözəl yaşları birgə sevdiklərimizin ətrafında qeyd edəsən. İçimdən sənə o qədər söz demək keçir... Yaxşı ki, doğulmusan, qarşıma çıxmısan, ailəm olmusan. Yaş artdıqca insan müdrikləşir. Ürəyindəki yaxşılıq, mərhəmət hər yaş bir az da artsın. Həmişə belə düzgün ol.

Necə ki mən səndən razıyam, Allah da səndən razı olsun. Hər nə qədər yaşın artsa da, mənimlə eyni yaşa düşdüyün üçün çox sağ ol. Hər yaşın sağlam, xoşbəxt keçsin. Necə valideynlərim üçün o sözü işlədirəm, sənin üçün də o kəlməni ürəkdən deyirəm: Allah səni yanımdan əskik etməsin. Əkiztayım, doğmam".

Qeyd edək ki, E.Cəfərov aprelin 25-də keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə qurub.

 


OXŞAR XƏBƏRLƏR

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...