“Simplex” QSC monopolist şirkətə necə çevrilib? – Elm və Təhsil Nazirliyi ilə müəmmalı işbirliyi

“Simplex” QSC monopolist şirkətə necə çevrilib? – Elm və Təhsil Nazirliyi ilə müəmmalı işbirliyi

Bir çox dövlət qurumunun satınalmalarla bağlı keçirdiyi tenderlərin qalibi adətən bir və ya iki şirkət olur. Həmin şirkətlər tenderlərdə bütün rəqiblərini “üstələyərk” dövlət büdcəsindən böyük məbləğdə vəsait əldə edir.

 

Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi tenderlər də bu baxımdan seçilmir. Nazirliyin tikinti və təchizatla bağlı işlərinin böyük hissəsi “Simplex” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edilir. Adıçəkilən şirkət nazirliyi dəftərxana, təsarrüfat malları, maşın və avadanlıqlar, idman inventarları, mebellər, geyimlər və bilmədiyimiz bir çox mallarla təchiz edir.

 

Karandaşdan İT avadanlıqlarına qədər satan "Simplex" şirkəti "tender  ulduzu"na çevrilir | marja.az

 

“Simplex” QSC bu xidmətləri göstərmək üçün nazirliyin təşkil etdiyi çoxsaylı tenderlərin qalibi olub. Rəsmi şəkildə keçirilən və açıqlanan tenderlərlə yanaşı, şirkət çoxlu sayda qapalı şəkildə aparılan tenderlərdə də qalib gələrək nazirliyin köməkliyi ilə dövlət büdcəsindən böyük məbləğdə vəsait əldə edə bilib.

 

2020-ci ildən başlayaraq “Simplex” QSC nazirliyin dəftərxana, təsarrüfat malları, maşın və avadanlıqlar, idman inventarları, mebellər, xüsusi geyimlər ilə təchizatda əsas xidmətçiyə çevrilib.

 

Elektron satınalma portalında yerləşdirilən tender məlumatlarından görünür ki, “Simplex” QSC xüsusən dəftərxana və təsarrüfat malları ilə təminat sahəsində monopolist mövqeyə yiyələnib.

 

Elm və Təhsil Nazirliyi deputata cavab verdi Ucnoqta.az

Elektron satınalma portalının məlumatına əsasən “Simplex” QSC nazirliklə 2019, 2020, 2021 və 2022-ci illərdə 400 milyon manatdan çox müqavilə bağlayıb. Həmin müqavilələr üzrə şirkət nazirliyə dəftərxana, təsərrüfat malları, müxtəlif inventarlar satıb.

 

Şirkətin nazirliklə əməkdaşlığı sadəcə satınalma portalında göstərilən müqavilələrdən ibarət deyil. “Simplex” QSC-nin rəsmi saytında yerləşdirilən məlumatlardan aydın olur ki, özəl şirkətlə nazirlik arasında işbirliyi daha genişdir.

 

Şirkət topdansatış fəaliyyəti və maddi-texniki təchizatla yanaşı, korporativ tədbirlərin təşkili və keçirilməsi, informasiya kommunikasiya texnologiyaları üzrə xidmətlər, təchizat sahəsində konsaltinq işi kimi daha çox xidmətlər göstərib.

 

Simplex QSC | Bakı

Məlumatlardan aydın olur ki, eyni şirkət Təhsil Nazirliyinin əksər tenderlərini udur, məktəbləri zəruri avadanlıqlarla təmin edir və böyük gəlir əldə edir.

 

Bir şirkətə bu qədər imkanın yaradılması nə dərəcədə doğrudur?

 

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov saytımıza açıqlamasında bildirdi ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi tenderlərdə və digər oxşar müsabiqələrdə şəffaflıq prinsipi gözlənilmir. K.Əsədov son 3 il ərzində bu cür halların müşahidə edildiyini söylədi:

 

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

“Ötən 3 ildə Nazirliyin elan etdiyi bütün qrant layihələri və keçirdiyi tenderləri bir neçə şəxs və ya şirkətlər udur. Baxanda görürük ki, qrantları udan QHT-lərin, tender qalibi olan şirkətlərin heç birinin müsbət fəaliyyəti, faydalı iş əmsalı yoxdur.  Nazirlik bütün tenderlərdə, görülən işlərdə ancaq özlərinə yaxın olan şəxslərin şirkətlərini qalib edirlər. Bunun səbəbi nazirliyin rəhbər şəxslərinin maddi marağının olmasıdır. Məktəb tikintisində, təmir və yenidənqurma işlərində, sinif infrastrukturunun qurulması ilə bağlı məsələlərdə satınalmalar problemli şəkildə icra edilir, onun düzgün keçirilməsi ilə bağlı əminlik olmur. Uzun müddət fəaliyyəti olmayan, qısa müddət öncə yaradılan şirkətlər qalib elan edilir. Təbii ki, bu yaxşı hal deyil və ciddi şübhələr yaradır”.

 

K.Əsədov hesab edir ki, bu kimi hallar Azərbaycan insanında təhsilə olan inam və etibar aşağı salır.

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə Azərbaycanda satınalmalar və tenderlərlə bağlı ciddi nöqsanların olmasının dəfələrlə qabardıldığını dedi.

 

Natiq Cəfərli: "Qiymət artımına ehtiyac yox idi,

“Bu fakt onu göstərir ki, Azərbaycanda satınalmalar və tenderlərlə bağlı ciddi nöqsanlar var. Uzun müddətdir ki, tenderlərin keçirilməsində problemlərin olması dilə gətirilir, konkret nöqsanlar göstərilir”, - söyləyən N.Cəfərli satınalmalarda şəffaflığın aşağı olduğuna görə mövcud qanunvericiliyin tez-tez pozulmasının müşahidə ediliyini vurğuladı:

 

 “Qanunvericilik tələb edir ki, tenderdə iştirak edən şirkət həmin sahə üzrə təcrübəsi olmalıdır. Amma görürük ki, qısa müddət öncə qeydiyyatdan keçən şirkətlər tenderlərin qalibi olur. Bununla bağlı dəfələrlə narazılıqlar ifadə edilsə də oxşar hallar yenə də müşahidə edilir. Bu sahədə şəffaf mexanizm tətbiq edilməli, tenderə qatılan şirkətlərə ədalətli yanaşılmalı, onlara bərabər imkanlar yaradılmalıdır”.

 

Qeyd edək ki, Azərbaycanda dövlət idarəetməsində ictimai nəzarət də həyata keçirilir və bu məqsədlə nazirliklərin yanında ictimai şuralar yaradılır.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, QHT rəhbəri Günel Səfərova saytımıza açıqlamasında vurğuladı ki, Şura mütəmadi monitorinqlər keçirir, müəyyən yoxlamalar aparır. O İctimai Şuranın nazirliyin satınalmalarla bağlı məsələlərə müdaxilə edə bilmədiyini bildirib:

 

Günel Səfərova "Omicron"a yoluxdu: “Maskanı çıxarmayın”

“Ictimai Şura nazirliyin keçirdiyi tenderlər haqqında məlumatlı olmur. Ona görə ki, bu kimi məsələlər aidiyyatı təşkilatlar tərəfindən təftiş edilir. Konkret olaraq, Hesablama Palatası mütəmadi şəkildə dövlət təşkilatlarında yoxlama aparır. Hesablama Palatası apardığı yoxlamalarda hər hansı qanun pozuntusu gördükdə, aşkarladıqda onu açıqlayır. İctimai Şura əsasən nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq proqramların hazırlanması, elm və təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi, məsələn, davranış qaydaları, antibullinq siyasəti, sertifikasiya prosesinin şəffaf keçirilməsi və s. kimi məsələlərlə məşğul olur. İctimai Şuranın nazirlikdə tenderlərin keçirilməsini monitorinq etmək üçün resurslara sahib deyil və mən inanmıram ki, belə bir İctimai Şura olsun”.

 

Orxan


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...