Tələbədən rüşvət tələb edən müəllimin səs yazısı yayıldı - Audio

Tələbədən rüşvət tələb edən müəllimin səs yazısı yayıldı - Audio

Daha bir təhsil müəssisəsi rüşvət qalmaqalı ilə gündəmə gəlib. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllimin tələbədən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

 

Sfera.az xəbər verir ki, Yenisabah.az-a daxil olan audiofaylda imtahan zamanı müəllimlərin tələbədən rüşvət istəməyindən bəhs olunur. 

 

Audiofaylı redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, hadisə Pərvin adlı müəllimin imtahan götürdüyü auditoriyada baş verib.  Söhbətdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qiyabi şöbəsinin müdiri Güllübəyim adlı müəllim də iştirak edib. 

 

Səs yazısından aydın olur ki, tələbələrdən biri 2 ay dərs buraxıb. Qaiblərının silinməsinin və qiymətlərin yazılması müqabilində ondan 700 manat rüşvət tələb olunub. Tələbə isə atasının xəstə olduğunu, bu vəsaiti ödəməyə gücünün çatmadığını deyərək, 300-400 manatla problemi həll etməyə çalışıb. 

 

Bu vaxt söhbətə kollecin qiyabi şöbəsinin müdiri Güllübəyim müəllim qarışıb. O, Şahinin (Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi – red.) bu məbləğlə razılaşıb-razılaşmayacağına əmin olmadığını deyir. Nəhayət, müəllimlər tələbəyə atası ilə danışıb gücü çatan məbləği gətirməyi məsləhət görürlər. 

 

Sözügedən səs yazısını təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...

Bu türk ölkəsinin baş naziri Füzulidə səfərdədir

Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. &nb...

43 azərbaycanlı tələbə Çində təhsil alacaq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026...