Bakı və Sumqayıtda evlər bu səbəbdən sürətlə bahalaşır – “Torpaq sahələri tükənir...”

Bakı və Sumqayıtda evlər bu səbəbdən sürətlə bahalaşır – “Torpaq sahələri tükənir...”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə, ötən ay Bakıda mənzil bazarında qiymət artımı müşahidə olunub. Belə ki, mart ayında həm fərdi həyət evlərinə, həm də yaşayış binalarında olan mənzillərə tələb artıb. Fərdi evlərdə və torpaq sahələrində 6.2 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında olan mənzillərə və qeyri-yaşayış sahələrində isə qiymətlər 3.5 faiz artıb.

 

Mənzil qiymətləri niyə kəskin artır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakı şəhəri üçün son 20 ilin qiymətləri üzrə statistikadan söz açıb:

 

“2003-cü ildə paytaxtın hər hansı metrostansiyasının yaxınlığında – məsələn, İnşaatçılar, Nərimanov, Gənclik fərq etməz – bir otaqlı “Xruşovka” layihəli mənzilin satış qiyməti təxminən 4-5 min, iki otaqlı 7-8 min, üç otaqlı 10-12 min manat arası dəyişirdi. Bu gün artıq metro çıxışı yaxınlığında yerləşən bir otaqlı “Xruşovka” layihəli mənzilin qiyməti təqribən 75-90 min manat arası dəyişir. Həmçinin iki otaqlı mənzilin satış qiyməti 100-120 min, üç otaqlı isə 120-160 min manat arasındadır. Qiymətlər artan xətt üzrə inkişaf edir. Eyni zamanda torpaq sahələri, yeni tikili binalarda da qiymətlərdə kəskin bahalaşmalar qeydə alınır. Bu isə evsiz insanlar üçün mənzil almağı əlçatan etmir”.

 

Müsahibimiz bildirib ki, qiymətlərin artımına baxmayaraq əmlak bazarında alıcılar daim var:

 

“Azərbaycanda yatırım üçün ən etibarlı sahə daşınmaz əmlak sektoru olduğuna görə əllərində əlavə kapital olan şəxslər pulu buraya qoyurlar. Həmçinin, artıq bir çox dövlət layihələri var - İpoteka və Kredit Zəmanət Fondunun uzun illərdir, ipoteka krediti verməsi bazarı tənzimləyir, alıcı qüvvəsini artırır. Kirayə mənzil layihəsi vətəndaşların ev problemini həll edir, bir çox böyük tikinti şirkətləri daxili kreditlərlə mənzillər satırlar, vətəndaşlar da bu cür layihələrdən yararlanaraq ev problemini aradan qaldırırlar. Qiymətlər isə daha çox Sumqayıt, Bakı və digər böyük şəhərlərdə artır. Buna baxmayaraq, Azərbaycanın elə bölgələri də var ki, bu, baş vermir. Hətta insanlar zamanında böyük pullara tikdikləri fərdi həyət evlərini çox ucuz qiymətlərə belə satsalar da, həmin ərazilərə maraq yoxdur. Çünki əmlakların qiymətləri adətən yaşayışın, iş yerlərinin çox olduğu yerlərdə artır.

 

Qiymət artmasına səbəb olan amillərdən biri də torpaq sahəsinin tükənməsidir. Mənzil və ya çoxmənzilli binaların inşası üçün torpaq sahələri tükəndikcə, onların da qiymətində kəskin artmalar baş verir. Yəqin ki, mənzillərin qiymət artımı davam edəcək. Yay aylarında adətən əmlak bazarında sakitlik hökm sürür. Daha çox torpaqlara və fərdi evlərə tələbat artır. Sentyabr ayından isə yenidən bina evlərinə müraciətlər çoxalır. Təbii ki, alternativ variantlar, dövlətin sosial layihəli evləri olsa, bu,  nisbətən artımın qarşısını ala bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...