Erməni deputat bayrağımızı yandıranı “axmaq” adlandırdı: “Kişisənsə...”

Erməni deputat bayrağımızı yandıranı “axmaq” adlandırdı: “Kişisənsə...”

"Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bizim isə bayraq yandıran bir axmağı alqışlamağımız, vətənpərvər addım atdığını bəyan etməyimiz gülüncdür".

 

Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Mülki Müqavilə Fraksiyasının deputatı Akop Aslanyan bildirib. Deputat ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran şəxsin emosionallığa qapıldığını deyib:

 

"Bəziləri deyir ki, baxın, Macarıstanda azərbaycanlılar bunu etdi, Çexiyada ermənilərə belə etdilər. Bu axmaqlar başa düşə bilmir... Bəli, əgər kişisənsə, bu hərəkəti kənarda da edə bilirsən, təkcə öz ölkəndə yox", - deputat deyib.

 

Qeyd edək ki, A.Aslanyanın bu çıxışı erməni ictimaiyyətini qəzəbləndirib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...