Qızılın qiyməti 65 dolları ötdü

Qızılın qiyməti 65 dolları ötdü

Qızılın indiki qiymət səviyyəsi tarixin ən yüksək həddinə çatıb. 


Sfera.az xəbər verir ki, hazırda xalis qızılın (999,99 əyar) bir qramının dəyəri 65 dollardan yüksəkdir. 


Qızılın bahalaşmasının əsas səbəbi dünya iqtisadiyyatında tənəzzül ehtimalının güclənməsi və dolların ucuzlaşmasıdır. 


Tənəzzül ehtimalı gücləndikdə iri investisiya fondları, mərkəzi banklar, iş adamları, hətta sadə insanlar qızıl alışını artırır. Alışların artması isə qızılın dəyərinin yüksəlməsinə səbəb olur. 


Qızılı bahalaşdıran ikinci amil ABŞ dollarının ucuzlaşmasıdır. Son aylarda dollar 11 faizdən çox ucuzlaşıb. Qızılın beynəlxalq birjalarda qiyməti dollarla müəyyən edildiyindən bu valyutanın dəyər itirməsi qızılı bahalaşdırır. 


Nəcib metalın qiymətində artım son 6 ayda daha aydın görünür. Altı ay əvvəl qızılın bir qramının qiyməti 53 dollar idi. Ötən qısa müddətdə onun dəyəri 12 dollardan çox artıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR