Rusiya Gerşkoviçi həbs edib - ABŞ Dövlət Departamenti Rusiyanın hərəkətlərini qeyri-qanuni qəbul edir

Rusiya Gerşkoviçi həbs edib - ABŞ Dövlət Departamenti Rusiyanın hərəkətlərini qeyri-qanuni qəbul edir

Bazar ertəsi, aprelin 10-da ABŞ Dövlət Departamenti “The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviçi Rusiya Federasiyasında haqsız həbs edilmiş kimi tanıyıb.

 

Sfera.az bildirir ki, bu barədə CNN ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedanta Patelin bəyanatına istinadən yazıb.
 

“Bu gün dövlət katibi Blinken qərar verdi ki, Evan Gerşkoviç Rusiya tərəfindən haqsız olaraq həbs edilib”- Patel deyib.
 

Vedant Patel əlavə edib ki, WSJ müxbiri və ailəsi səlahiyyətlilərdən bütün lazımi dəstəyə arxalana bilər. O, həmçinin Rusiya hökumətini ABŞ vətəndaşını dərhal azad etməyə çağırıb və qeyd edib ki, Moskva ABŞ-ın Rusiyadakı səfirliyinin nümayəndələrinin saxlanılan şəxslə konsulluq imkanlarını məhdudlaşdırıb.


"Bu, Rusiyanın bizim konsulluq konvensiyasından irəli gələn öhdəliklərinin pozulması və beynəlxalq hüququn pozulmasıdır"- deyə Patel bildirib.
 

Nəşrin müəllifləri qeyd edirlər ki, Rusiya Federasiyasının hərəkətlərinin qanunsuz kimi tanınması prezident Co Baydenin administrasiyasına Gerşkoviçin azad edilməsi üçün bütün mümkün variantları nəzərdən keçirməyə imkan verəcək.
 

Həmçinin bildirilir ki, Dövlət Departamenti amerikalı jurnalistin saxlanması məsələsinə ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsinin ofisi vasitəsilə baxacaq.
 

Xatırladaq ki, martın 30-da ABŞ vətəndaşı və “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin Rusiyada həbsi barədə məlumat yayılmışdı. KİV-in məlumatına görə, o, “Vaqner”haqqında yazdığı məqalə üçün məlumat toplamaq üçün Yekaterinburqa gedib.
 

Aprelin 7-də isə Evan Gerşkoviçə rəsmi olaraq casusluq ittihamı irəli sürülüb. Rusiya araşdırmasına görə, amerikalı jurnalist Rusiya Federasiyasının hərbi sənaye müəssisələrindən birinin fəaliyyəti ilə bağlı məlumat toplayırmış.


ABŞ dövlət katibi Entoni Blinken Evan Qerşkoviçin saxlanmasına reaksiya verib. O, bütün Amerika vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...