Hindistan bu tarixdə ən çox insanın yaşadığı ölkəyə çevriləcək

Hindistan bu tarixdə ən çox insanın yaşadığı ölkəyə çevriləcək

Hindistan aprelin sonunda əhali sayına görə dünyanın ən böyük ölkəsi olacaq. 


Sfera.az xəbər verir ki, bununla bağlı proqnozu Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlayıb. 


BMT hesab edir ki, Hindistan yaxın iki həftə ərzində əhali sayına görə Çini keçərək dünyanın ən böyük ölkəsi olacaq. 


Proqnoza əsasən, Hindistan əhalisinin sayı 1,4 milyard nəfəri ötəcək. 


Qeyd edək ki, hazırda əhali sayı ən çox olan ölkə Çindir. Çində 1979-2016-cı illər arasında həyata keçirilən “bir uşaq” siyasəti ölkədə əhali sayının artımını əngəlləyib. Hindistanda isə əhali sayı sürətlə artır və BMT proqnozlaşdırır ki, aprelin sonunda əhali sayı 1,4 milyard nəfəri ötəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR