Bakı–Təbriz–Bakı üzrə reyslər bu tarixə qədər ləğv edilib

Bakı–Təbriz–Bakı üzrə reyslər bu tarixə qədər ləğv edilib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib.

 

Sfera.az xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti açıqlama yayıb.

 

Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.


OXŞAR XƏBƏRLƏR