Köçəryan Paşinyanı məhkəməyə verdi

16:34 / 14.06.2025
3127
Ermənistanın sabiq prezidenti Robert Köçəryan parlamentin sədri Alen Simonyan və Baş Nazir Nikol Paşinyanı məhkəməyə verib.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin rəhbəri məlumat verib.
“Köçəryan öz korlanmış reputasiyasını bərpa etmək üçün məhkəməyə müraciət edib. Adam bilmir ki, onun malik olduğu reputasiyanı heç bir məhkəmə dəyişə bilməz”, - spiker bildirib.
A.Simonyan sabiq prezidentin onu və baş naziri hansı səbəbdən məhkəməyə verdiyi barədə məlumat verməyib.