Rusiyadan Azərbaycana 3 milyard dollar pul köçürülüb

Rusiyadan Azərbaycana 3 milyard dollar pul köçürülüb

2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, bununla əlaqədar Rusiyaya ağır sanksiyaların tətbiq edilməsi, həmçinin ölkədə qismən səfərbərliyin həyata keçirilməsi burada fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin kəskin şəkildə artmasına səbəb olub. 


Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslər tərəfindən ötən il ərzində ölkəmizə 3,62 milyard dollar dəyərində pul köçürülüb. 
2021-ci illə müqayisədə köçürülən pulun məbləği 3,19 dəfə artıb. 


Pul köçürmələrindəki artımın əsas hissəsi Rusiyadan köçürmələrin payına düşüb. Ötən il Rusiyadan fiziki şəxslər tərəfindən 2,969 milyard dollar köçürülüb. Bu məbləğ 2021-ci ildə köçürülən məbləğdən 4,76 dəfə çoxdur.  


2021-ci ildə Azərbaycana köçürülən pulun 55 faizi Rusiyadan göndərildiyi halda, ötən il onun payı 82 faizə yüksəlib. 


Pul köçürmələrində ciddi artım müşahidə edilən ölkələrdən biri də ABŞ-dir. ABŞ-dən köçürülən pulun məbləği bir il ərzində 72,5 milyon dollardan 155 milyon dollara qədər artıb. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...