Çin təkuşaqlılıq siyasətinin əziyyətini çəkir - Hökumət HƏRƏKƏTƏ KEÇDİ

Çin təkuşaqlılıq siyasətinin əziyyətini çəkir - Hökumət HƏRƏKƏTƏ KEÇDİ

Çin hökuməti ailələrdə daha çox uşağın olması üçün təşviqləri genişləndirəcək. 


Sfera.az “The Telegraph”a istinadən xəbər verir ki, Çinin rəsmi qurumlarının məlumatına əsasən, 2023-cü ilin yanvarında ölkədə hər 1000 nəfərə düşən doğuş sayı 6,77-yə enib. Müqayisə üçün bildirək ki, Azərbaycanda bu göstərici 11,9-dur. 


Çində doğum səviyyəsinin bu qədər azalmasına səbəb 1980-ci ildən 2015-ci ilə qədər təkuşaqlılığın tətbiq edilməsi ilə bağlı sərt siyasətin yeridilməsidir. Bu siyasətə əsasən, valideynlər daha çox uşaq sahibi olduqda cərimələnir, hətta işini itirirdilər. 


İndi Çin hökuməti doğumu artırmaq üçün səylər göstərir və bu məqsədlə gənc ailələri təşviq edəcək. Stimullaşdırıcı variant kimi ailələrdə uşaq sayının artırılması üçün valideynlərə daha çox məzuniyyət verilməsi, təhsil haqlarının azaldılması, ali təhsil müəssisələrinə qəbulda üstünlük verilməsi nəzərdə tutulur.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...