Nazirlər Kabinetinin qərarı avtomobil bazarına necə təsir edəcək? – ŞƏRH

Nazirlər Kabinetinin qərarı avtomobil bazarına necə təsir edəcək? – ŞƏRH

Azərbaycan Baş nazirinin 2023-cü ilin martın 29-da imzaladığı qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet (qiyməti yüksək olan retro avtomobillər – red.) minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi qadağan ediləcək.


Sfera.az xəbər verir ki, Nazirlər Kabineti bu qərarını ekoloji amillərlə əlaqələndirib.

 

Qərarda qeyd olunur ki, yeni qaydalar köhnə minik avtomobillərinin idxalının məhdudlaşdırılması insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qəbul olunub. 


Yeni qərar dərc edildiyi gündən 30 gün sonra, yəni mayın 28-də qüvvəyə minir.


Qeyd edək ki, yeni qərarın qəbul edilməsinin sadəcə ekoloji nəticələri olmayacaq. Ekoloji dəyişikliklərlə yanaşı bu qərarın ciddi iqtisadi nəticələrini də müşahidə edəcəyik. 


Azərbaycanda minik avtomobilinin idxalının məhdudlaşdırılması ilk hal deyil. Bundan öncə 2014-cü ildə idxalın məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Həmin tarixdə qəbul edilən qərara əsasən, Avro-4 və daha yüksək ekoloji standartlara cavab verən avtomobillərin idxalına icazə verilirdi. Avro-4 standartları əsas götürüldüyündən Azərbaycana əsasən 2005-ci ildən sonra istehsal olunan avtomobillər idxal olunurdu. 2014-cü ildə Avro-4 standartlarının qəbulundan 9-10 il ötdüyü halda, hazırda Avro-4 standartlarının qəbulundan 17-18 il ötür. Buna görə də, hazırda ölkəmizə çoxlu sayda köhnə avtomobillərin idxalı həyata keçirilir. 


Nazirlər Kabinetinin yeni qərarı əvvəlkindən fərqlənir. Yeni qərar 10 il müddətinin gözlənilməsini tələb edir. Yəni, bu il 2013-cü ilin istehsalı olan avtomobilləri, gələn il 2014-cü ilin istehsalı olan avtomobilləri Azərbaycana idxal etmək mümkün olacaq. 


Qadağanın bu qaydalarla tətbiqi idxal olunan avtomobillərin daha yaxşı vəziyyətdə olmasına şərait yaradacaq. Yaxşı vəziyyətdə olan avtomobillərin isə dəyəri yüksək olduğundan Azərbaycana avtomobil idxalı azalacaq. 


Nazirlər Kabinetinin yeni qərarının ilk iqtisadi təsiri məhz avtomobil idxalının azalması olacaq. Böyük ehtimalla bu qərarda gizlədilən əsas məqsədlərdən biri də budur. 


Azərbaycanda avtomobil idxalına çəkilən xərc son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Demək olar ki, idxala sərf edilən hər 100 dolların 7-8 dolları avtomobil alışına xərclənir.

 

Məsələn, 2022-ci ildə avtomobil idxalına 1,057 milyard dollar xərclənib və bu məbləğ ümumi idxalın 7,3 faizini təşkil edib. 2021-ci ildə avtomobil idxalına 935 milyon dollar xərclənib və bu məbləğ cəmi idxalın 8 faizi olub. 


Avtomobil idxalına xərclənən vəsait böyük olduğundan hökumət yeni qərarla bunu bir qədər azaltmağı qarşısına məqsəd kimi qoya bilər. 


Köhnə avtomobillərin idxalının azaldılması avtomobil ehtiyat hissələrinin də idxalını azaldacaq. 2014-cü ildə ehtiyat hissələrinin idxalına 56,3 milyon dollar xərcləndiyi halda, 2021-ci ildə 230 milyon dollar, 2022-ci ildə 310 milyon dollar xərclənib. 


Ehtiyat hissələrinin idxalının artmasına təsir edən əsas amillərdən biri köhnə avtomobil idxalının payının çox olması idi. 


Lakin ehtiyat hissələrinin idxalının artmaması üçün avtomobil parkının yenilənməsi də vacibdir. Parkın yenilənməsi üçün istifadədə olan köhnə avtomobillərin sahiblərindən alınaraq utilizasiyası həyata keçirilməlidir. Əks təqdirdə ekologiyaya vurulan ziyan azalmayacaq, eyni zamanda ehtiyat hissələrinin idxalında artım dayanmayacaq. 


Avtomobil idxalına məhdudiyyətlərin tətqibi ölkəmizin avtomobil bazarında avtomobillərin, xüsusən də idxalı mümkün olmayan avtomobillərin bahalaşmasına səbəb olacaq. Avtomobil bazarında qiymətlərin ən azı 5-10 faiz artması mümkündür. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...