Fərhad Əhmədovla Priqojinin səsyazısı Rusiyada çaxnaşma yaradıb: “Putin şeytandır...”

Fərhad Əhmədovla Priqojinin səsyazısı Rusiyada çaxnaşma yaradıb: “Putin şeytandır...”

Rusiya prezidenti Vladimir Putin haqqında iki tanınmış şəxs arasında telefon danışığının səsyazısı yayılıb.

 

Sfera.az “The Telegraph”a istinadən bildirir ki, sözügedən səsyazısı rusiyalı musiqi prodüseri İosif Priqojinlə Azərbaycan əsilli milyarder Fərhad Əhmədov arasında baş tutub. Telefon danışığı ölkənin açıq-aşkar rejim tərəfdarı olan elitasının Kremlə qarşı dərin narazılığını üzə çıxarıb. 35 dəqiqəlik söhbətdə F.Əhmədov Putini “şeytan”, “xalqa əhəmiyyət verməyən cırtdan” adlandırıb. Priqojin isə qarşılığında  “Onlar, düzünü desəm, cinayətkarların ən pis növlərindəndir. Putin ölkəni məhv etdi. Bizim üçün heç bir gələcək olmayacaq”, deyə söyləyib. Əhmədov isə  “O, bütün rus xalqını basdırıb... Biz bunu necə təmizləyəcəyik?  Bu, qardaşlar arasında müharibədir. Orada faşizm, hərbi diktatura olacaq. Sən görəcəksən. Bu, belə bitəcək”, - bildirib.

 

Sözügedən telefon danışığı bu ayın əvvəlində qeyri-müəyyən bir Ukrayna “YouTube” kanalı tərəfindən sızdırılsa da, son bir neçə gündə müzakirə obyektinə çevrilib. Digər tərəfdən, musiqi prodüseri ilə heç bir əlaqəsi olmayan “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin dinləyicilərin onu hədəfə almağa çalışdığını, “Priqojin”i səhv saldıqlarını vurğulayıb. “The Telegraph” qeyd edib ki, əgər telefon danışığı realdırsa, bu, hətta Rusiya elitasının guya Kreml tərəfdarı olan üzvləri arasında da dərin məyusluq və qəzəb hissini göstərir. Bildirilib ki, İosif Priqojin və həyat yoldaşı, pop ulduzu Valeriya uzun müddətdir ki, Putinin ictimai tərəfdarı olublar. Onlar 2018-ci il seçkilərində Rusiya prezidenti üçün keçirilən kampaniyalarda iştirak ediblər. Nəşr qeyd edib ki, iş adamı Fərhad Əhmədov isə heç vaxt açıq şəkildə müharibəyə qarşı çıxmayıb və münaqişə başlayandan sonra Böyük Britaniya və Aİ tərəfindən sanksiyaya məruz qalıb.

 

“Danışığın başqa bir hissəsində cənab Priqojin Putinin yaxın ətrafını sanki “tanrı” kimi davranan “yuyulmuş alçaq insanlar” adlandırır. O, Ukraynadakı kobud səhvlərə görə müdafiə nazirini ittiham edən təhlükəsizlik xidmətlərindəki müxtəlif qruplaşmalardan Fərhad Əhmədova şikayət edir.

 

“Onlar haqqında deyəcək yaxşı heç nəyim yoxdur, hamını aşağıya doğru sürükləyirlər”, deyə Priqojin deyir. Cənab Əhmədov isə üzləşdiyi sanksiyalardan, o cümlədən 225 milyon funt sterlinqlik “Luna” superyaxtasının ələ keçirilməsindən şikayətlənir”, - “The Telegraph” qeyd edib.

 

Məlumata görə, Priqojin əvvəlcə sızmanın tamamilə saxta olduğunu iddia etsə də, sonra onun bəzi hissələrinin real olduğunu irəli sürüb. “Mənim siyasi mövqeyimdən hamı xəbərdardır və bu, bütün müsahibələrimdə özünü göstərir. Audioya qulaq asarkən oradakının mən olduğuma inanacaqdım. Burada mütləq bəzi real şeylər var”, deyə rusiyalı musiqi prodüseri söyləyib. Fərhad Əhmədov isə hələlik şərh verməyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...