“İran xərçəng şişi kimidir...”İsrailin xarici işlər naziri

“İran xərçəng şişi kimidir...” – İsrailin xarici işlər naziri

İsrailin xarici işlər naziri Eli Koen İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasını şərh edərkən Tehranla bağlı sərt açıqlama verib.

 

Sfera.az xəbər verir ki, nazir İranı "terroru maliyyələşdirən ölkə" kimi təqdim edib.

 

“İran qonşularını hədələyir. Onların arasında ən yaxın qonşular da ola bilər, Səudiyyə Ərəbistanı da. Səudiyyə Ərəbistanına hücumu xatırlayaq. İran xərçəng şişi kimidir. İran hansı ölkəyə müdaxilə edirsə, o ölkəni məhv edir. Livanda baş verənlərə baxın. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə məhv etdi, Yəməndə, İraqda nə etdi? İran dünyada terroru maliyyələşdirən bir nömrəli ölkədir”, - Eli Koen bildirib.

 

O, əlavə edib ki, dünyada və regionda sabitliyin təminatı İranın nüvə silahına malik olmasına imkan verməməkdir.

 

"Biz bu məqsədə çatmaq üçün daha çox ölkənin bizə qoşulmasını gözləyirik", - nazir bildirib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...