Milyonlarla insan tərəfindən təhqir olundu - Elmi olaraq dünyanın ən gözəl qadını seçildi

Milyonlarla insan tərəfindən təhqir olundu - Elmi olaraq dünyanın ən gözəl qadını seçildi

Gözəllik insandan insana dəyişən anlayış olsa da, qızıl nisbət və müəyyən ölçülər ideal gözəlliyi müəyyən edə bilər. Dünyanın ən gözəl qadınını seçmək üçün hər il çoxlu testlər və müsabiqələr keçirilir. Mütəxəssislər dünyanın ən gözəl siması olan məşhuru elmi olaraq açıqlayıb.
 

Dünyanın ən gözəl siması olan qadın və kişilər məşhurlar vasitəsilə nümunə göstərilir. Sfera.az bildirir ki, elmdən istifadə edərək bir mütəxəssis Amber Heardın dünyanın ən gözəl üzünə sahib olduğunu irəli sürüb. Conni Depplə boşanma hadisələri ilə gündəm olan Amber Heardın sosial mediada reaksiyaları uçqun kimi böyümüşdü. Elmi cəhətdən onun dünyanın ən gözəl simasına sahib olması müxtəlif reaksiyalara səbəb olub.


Mütəxəssis Dr. Julian De Silva belə nəticəyə gəlib ki, elmə görə, Heard texniki olaraq dünyanın ən gözəl üzünə malikdir. Silva 1.618 Yunan Qızıl Gözəllik Nisbətinə istinad edən üz xəritələmə texnikasından istifadə edib. "Phi" olaraq da bilinən bu nisbət, elmi cəhətdən ən gözəl insanların kim olduğunu müəyyən etmək üçün gözlər, burun, dodaqlar, çənə və ümumi üz forması daxil olmaqla üz xüsusiyyətlərinin mükəmməl nisbətini ümumiləşdirir.
 

2016-cı ildə De Silva yuxarıda sadalananlar da daxil olmaqla üzün 12 əsas nöqtəsini təhlil edib və Heardın bu nəzəriyyə ilə 91,85 % dəqiqliklə uyğun gəldiyini aşkar edib. O, bu barədə “Us Weekly" jurnalına o zaman belə demişdi:
 

"Yunanlar onun təbiətdə hər yerdə olduğunu kəşf edib və min illər boyu dünyanın ən gözəl üzlərinin gizli düsturunu özündə saxladığı düşünülüb".



BU SEÇKİNİN DƏRİ RƏNGİ İLƏ ƏLAQƏLİ OLDUĞUNA QƏRAR VERDİLER
 

Bu fərziyyə ilə bağlı bir çox problemlər var idi və bir çoxları onu ağlığı gözəllik standartı kimi yerləşdirməyin bir yolu olmaqda günahlandırdılar. Dr.De Silvanın hesablamaları müxtəlif ağdərili insanların bir dəfədən çox “ən gözəl” adına layiq görülməsinə səbəb olub”-deyə Asani yazıb.
 

Alim Silvanın iddialarının potensial qüsurlarını və birmənalı olmadığını vurğulayaraq sözlərinə davam edib:
 

“Ancaq aydın olan odur ki, siyahı(lar) əsasən ağdərililərdən/avrosentrik xüsusiyyətlərə malik insanlardan ibarətdir.
Beləliklə, Heardın texniki cəhətdən gözəl siması olduğu danılmaz olsa da, onun dünyanın ən gözəl siması olduğunu söyləmək mübaliğədir”.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...