"Twitter"də onları ön plana çıxarır - İlon Maskın gizli VIP siyahısı açıqlandı – Kimlər var?

Milyarder iş adamı İlon Mask “Twitter”in ifadə azadlığı məsələsində "hamıya bərabər davranmaqda" çox qərarlı olduğunu iddia edirdi. Ancaq Maskın platformada müxtəlif alqoritmlərlə yazılarını vurğuladığı təxminən 35 VIP istifadəçidən ibarət siyahısı olduğu üzə çıxıb. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Maskın elit istifadəçilər siyahısına ABŞ prezidenti Co Bayden, həmçinin bəzi jurnalistlər, Hollivud ulduzları, idmançılar və sosial media fenomenləri daxildir.

 

“Platformer” saytının əldə etdiyi sənədlərə görə, “Twitter”də  bəzi siyasətçilər, idmançılar, Hollivud ulduzları və jurnalistlərin görünmə qabiliyyəti artırılır. Hesabatda VIP istifadəçilərin yazılarının “Twitter” mühəndisləri tərəfindən saytın kodları ilə “həmişə görünən olsun” olaraq dəyişdirildiyi bildirilib.

 

VIP siyahıda kimlər var?

 

Məlumata görə, siyasətçi və aktivist Aleksandria Okasio-Kortes, “Daily Wire”ın yaradıcısı Ben Şapiro, ABŞ prezidenti Co Bayden, “Los Angeles Laker”in oyunçusu Lebron Ceyms və “Bloomberg”in köşə yazarı Mett İqlesias bu "eksklüziv" istifadəçilər arasındadır.


“Platformer” yazır ki, “VIP”lərə bu status istifadəçilərin onlarla nə qədər ünsiyyət qurduqlarına, bəyənmələrinə və ya nifrət etmələrinə görə verilib.


Bəzi ekspertlər bu siyahının Maskın gəlirlərini artırmaq planı olduğunu düşünür. Dünyanın ən varlı adamı öz işçilərinə “Twitter”in hazırda cəmi 20 milyard dollar sərvətinin olduğunu bildirib ki, bu da Maskın altı ay əvvəl bu platforma üçün ödədiyindən 24 milyard dollar azdır.


Digər tərəfdən, Mask əvvəlki gün 15 aprel tarixindən etibarən “Twitter Blue” üçün ödəniş etməmiş istifadəçilərin anketlərdə səs verə bilməyəcəklərini açıqlayıb. O, dəyişikliklərin "süni intellekt botlarının saytı ələ keçirməsinin" qarşısını alacağını söyləyib.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...