12 min lotereya bileti oğurlasa da, qalib gələ bilmədi

12 min lotereya bileti oğurlasa da, qalib gələ bilmədi

Moskvada Andrey adlı 50 yaşlı satıcı 2022-ci ilin fevralından sentyabr ayına qədər sistemli şəkildə lotereya biletlərinin oğurlanması ilə məşğul olub.
 

Sfera.az bildirir ki, işlədiyi müddətdə həmin şəxs təxminən 12 min lotereya bileti oğurlayıb. Lakin heç biri ona gözlədiyi qələbəni gətirməyib.
 

Müstəntiqlərin məlumatına görə, 2022-ci ilin fevralından sentyabr ayına qədər Moskva sakini 1,3 milyon rubl dəyərində 11 979 bilet oğurlayıb, lakin onların arasında uduşlu bilet olmayıb. İndi 50 yaşlı kişi xüsusilə böyük miqyasda dövlət əmlakı mənimsəmədə ittiham olunur. Andreyi on ilə qədər həbs cəzası gözləyir.


Ancaq başqa ölkənin sakinləri daha şanslı olublar. Filippində dövlət lotereyasında bir dəfəyə cekpotu 433 nəfər udub. Nəticədə insanlar 236 milyon peso (təxminən 4 milyon dollar) öz aralarında bölüşdürməli olublar. Lotereyanın nəticələri qaliblər arasında narazılıq və hiddətə səbəb olub. İnsanlar tirajın bu qeyri-mümkün nəticəsinin araşdırılmasını tələb edib.


Bir riyaziyyatçı alim köməyə gəlib. Alim əmin edib ki, bilet alan hər kəsin bütün mümkün kombinasiyaların hər birini seçmək şansı bərabərdir. Bəzi nömrə birləşmələrinin digərlərindən daha populyar olduğu çoxdan müşahidə edilib.
 

O hesab edir ki, qazanan nömrələrə - 9, 18, 27, 36, 45 və 54-ə diqqət yetirməyə dəyər. Riyaziyyatçının fikrincə, insanların diqqətini böyük ehtimalla məhz bu naxış cəlb edib.
 

Həmçinin Avstraliyada kişi 26 milyon dollarlıq cekpotu az qala itirəcəkdi. Qərbi Avstraliya sakini bəxtiyar olub. “Powerball” lotereyasının qalibi tirajdan cəmi bir neçə saat əvvəl uğurlu bileti alıb, daha sonra onu yoxlamağı unudub.

 

İki həftə sonra o, mağazaya qayıdarkən insanların Powerball cekpotunun yeni sahibi haqqında danışdıqlarını eşidib. Bundan sonra həmin şəxsin yadına biletindəki nömrələri yoxlamaq düşüb və sonuncu tirajın qalibinin özü olduğunu görüb. Onun uduşları təxminən 26,5 milyon dollar təşkil edib. Avstraliyada lotereya qaliblərinə uduşlarını tələb etmək üçün ümumiyyətlə 12 ay vaxt verilir. Bu müddət COVID-19 səbəbindən bir qədər də uzadılıb.
 

Ancaq kişi külli miqdarda pul əldə etsə də, həyat tərzini kökündən dəyişmək niyyətində deyil. O, ailəsi ilə birlikdə bu hadisəni balıq və cips yeməyi ilə qeyd edib. Bundan əlavə, o, səyahət etməyi və dünyanı görməyi planlaşdırır. Sadəcə bu dəfə bunu biznes class uçuşları ilə həyata keçirməyi düşünür.
 

Bu adam Avstraliyada son vaxtlar yeganə böyük lotereya qalibi deyil. Avstraliyanın Dapto şəhərindən olan ər və arvad iki eyni lotereya bileti alaraq 2 milyon dollar qazanıblar. Qadın etiraf edib ki, ilk qələbəsini biləndə qışqırıb, əri isə uduşlarını ikiqat artırdıqlarını deyəndə az qala huşunu itirib. Hər bir lotoreya bileti cütlüyə bir milyon dollar qazandırıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...

“Hizbullah” Beyruta endirilən aviazərbələrdə komandir və döyüşçü itkiləri olduğunu AÇIQLADI

“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib....