Təbrizdəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

Dünya
15:49 / 12.03.2023
16860
Təbrizdə baş verən partlayışda ölənlərin sayı artıb.
Sfera.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, bitişik binadan bir qadın və daha bir kişinin meyitinin tapılması ilə ölənlərin sayı 7 nəfərə çatıb.
Əməliyyat-axtarış tədbirləri hələ də davam edir.
10:01
İranın Şərqi Azərbaycan ostanında partlayış baş verib.
Sfera.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə ostanın mərkəzi olan Təbriz şəhərində qeydə alınıb.
Yaşayış binasında partlayış olması nəticəsində 5 nəfər həyatını itirib, daha 4 nəfər isə xəsarət alıb.
Partlayışın təsirindən 100-ə yaxın evin zərər gördüyü qeyd olunub. Hələlik hadisənin dəqiq səbəbləri bəlli deyil.