Çin Azərbaycanla dostluğu daha da gücləndirməyə hazırdır - Xüsusi nümayəndə

Siyasət
11:40 / 12.03.2023
18750
Çinin Azərbaycanla münasibətləri bu gün də yaxındır.
Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Baş katibinin keçmiş əvəzi Vu Honqbo deyib.
Xüsusi nümayəndə qeyd edib ki, Çin Azərbaycanla qarşılıqlı inamı, ənənəvi dostluğu daha da gücləndirməyə hazırdır.