Tanınmış reperin konsertində evlilik təklifi: Gənc oğlan səhnəyə çıxdı və..

Tanınmış reperin konsertində evlilik təklifi: Gənc oğlan səhnəyə çıxdı və..

“PRoMete“ ləqəbi ilə tanınan reper Pərviz İsaqovun konserti baş tutub.

 

Konsertdən əvvəl Sfera.az-a açıqlama verən reper gecəyə xüsusi hazırlaşdıqlarını bildirib:


“Xalq artisti Faiq Ağayevlə duetimiz ilk dəfə olaraq məhz bu konsertdə səsləndi. Mahnı "tematik" olduğu üçün bir neçə aydan sonra çıxacaq. Məhz buna görə bu gün konsertə gələnlər daha şanslı idilər”. 


PRoMete həmçinin deyib ki, konsertdə yalnız canlı ifalar yer alıb:

 

“Gecədə bütün mahnıları və repləri canlı ifa etdim. Heç bir fonoqram olmadı. Bu, mənim üçün də yenilikdir. Repin başdan-ayağa canlı olması isə görünməmiş bir şeydir".

 

Konsert repertuarından da danışan repçi bildirib ki, musiqilərin əksəriyyəti "jazz-rock", "rock", "pop" və qarışıq üslublarındadır. Musiqiçi müsahibənin sonunda isə növbəti konsertin lahiyələnməsinə başlayacağını vurğulayıb.


Reperin konsertində gözlənilməz hadisə də yaşanıb. Belə ki, səhnəyə gənc oğlan çıxaraq sevgilisinə sürpriz edib. O bildirib ki, sevgilisinin ad günüdür. Həmin oğlan Nərmin adlı xanıma səslənərək, onu səhnəyə çıxmağa çağırıb. Bundan sonra oğlan cibindən üzük çıxardaraq sevgilisinin qarşısında diz çöküb və ona evlilik təklifi edib. Cütlüyün bu sevinci zalda olan tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

 

Türkan

Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...